Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Boş qalan konteyner gəmilərinin əksəriyyəti kiçik tutumludur

Dünya konteyner gəmiləri donanmasına 2024-2025-ci illərdə ümumi tutumu təxminən 3 milyon TEU olan yeni gəmilər əlavə olunacaq. Bununla belə, işsiz dayanan gəmilərin ümumi tonajı rekord səviyyədədir.

“Seanews.az” xəbər verir ki, 12 avqust 2024-cü il tarixinə boş dayanan 67 gəmi qeydə alınıb ki, onların da ümumi tutumu 195,16 min TEU-dur.  Bu, dünya tonajının (30 milyon TEU) 0,6%-ni təşkil edir.

İşsiz qalan konteyner gəmilərinin əksəriyyəti (67gəmidən 41-i) kiçik tutumludur (tutumları 2 min TEU-dan azdır).

2024-cü ilin iyun-iyul aylarında ümumi tutumu təxminən 500 min TEU olan gəmilər suya salınıb, avqustda dünya donanmasına daha 100 min TEU əlavə olunub.

Bu ilin sonuna qədər ümumi tutumu təxminən 1 milyon TEU, 2025-ci ildə isə daha 2 milyon TEU-nun istismara verilməsi gözlənilir.

Qeyd edək ki, əsas konteyner daşıyıcıları 2024-cü ilin birinci yarısı üçün gözləniləndən daha yüksək mənfəət əldə etdikdən sonra nikbindirlər. 2024-cü ildə 2 milyon TEU-dan çox olan təsdiqlənmiş sifarişlərlə baxmayaraq, iri şirkətlər təzə gəmilərin tikintisi üçün yenidən Asiya tərsanələrinə üz tuturlar. İndi sifariş edilən konteyner gəmilərinin çatdırılması isə yəqin ki, 2027-ci ildən tez baş tutmayacaq.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır