Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

“Maersk”-in növbəti yeni konteyner gəmisi “Alexandra Maersk” adlandırılıb

Danimarkanın “Maersk Line” xətti gəmiçiliyi yeni inşa olunan konteyner gəmisi üçün Felikstouda (Suffolk, İngiltərə) rəsmi adlandırma mərasimi keçirib

Bu barədə “Seanews.az” şirkətin mətbuat xidmətinə istinadən məlumat verir.

“Alexandra Maersk” adlandırılan konteynerdaşıyan 2024 və 2025-ci illərdə çatdırılması planlaşdırılan 18 iki yanacaqlı metanol gəmisi seriyasından beşinci gəmidir. Onların hər biri 16 min TEU-dan çox konteyner tutumuna malikdir.

Seriyanın ilk gəmisi “Ane Maersk” adlandırılıb və 2024-cü ilin əvvəlində təhvil verilib. Ümumilikdə şirkət metanolla işləyən iki yanacaqlı mühərrikli 25 gəmi almağı planlaşdırır. Sifarişlər Cənubi Koreyanın “Hyundai Heavy Industries”, “Hyundai Mipo Dockyard” və Çinin “Yangzijiang Shipbuilding Group” tərsanələrinə verilib. “MAN ES” tərəfindən istehsal edilən iki yanacaqlı gəmi mühərrikləri alternativ olaraq adi aşağı kükürdlü yanacaq və metanolla işləyə bilər.

Qeyd edək ki, “Maersk” sıfır emissiyaya nail olmaq üçün donanmanın yenilənməsi proqramını həyata keçirir. Gəmi sahibi proqramı 2027-ci ilə qədər həyata keçirməyi planlaşdırır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır