Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-23,
Seanews
Heyder Eliyev

Çin tərsanəsi “Spliethoff Group” üçün səkkiz gəmi inşa edəcək

Niderlandın “Spliethoff” şirkəti Çinin “Wuhu Shipyard” gəmiqayırma zavoduna əlavə iki gəminin tikilməsi imkanı ilə səkkiz gəmidən ibarət yeni seriyanın inşası üçün sifariş verib.

“Seanews.az” xəbər verir ki, gəmilər 2028-ci ilin birinci rübündə təhvil veriləcək.

Gəmilər xüsusi olaraq kağız məhsulları, toplu yüklər, layihə yükləri və konteynerlər daxil olmaqla müxtəlif növ quru yüklərin daşınması üçün nəzərdə tutulub. “1A” buzqıran sinifli gəmilərin uzunluğu 203,25 metr, eni 28,25 metr, maksimum suya oturumu 10,5 metr, ümumi tutumu təxminən 33,7 min kubmetr, dedveyti 28,6 min ton olacaq.

Onlar “Spliethoff” donanmasının ən böyük gəmiləri olacaq.

Gəmilərin hər biri beş yükləyici və yükgötürmə qabiliyyəti 150 ton olan üç kranla təchiz ediləcək. Onların həmçinin alternativ yanacaqlardan istifadə etmək imkanı olunacaq.

“Spliethoff Group” (Amsterdam, Niderland) geniş çeşiddə ixtisaslaşmış xidmətlər təklif edən gəmiçilik şirkətidir. Şirkətin donanmasına yükgötürmə qabiliyyəti 2,1 min tondan 23 min tona qədər olan 120-yə yaxın gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır