Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-03,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” şirkətinə LNG ilə işləyən altı konteyner gəmisinin tikintisi üçün 1,25 milyard dollar ödəniləcək

Cənubi Koreyanın “Hanwha Ocean” (“Hanwha Group”-a daxildir) gəmiqayırma şirkəti  mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək altı iki yanacaqlı konteyner gəmisi inşa edəcək.  

“Seanews.az” xəbər verir ki, gəmilərin tikintisi üçün adı açıqlanmayan bir Avropa gəmiçilik şirkəti ilə 1,69 trilyon von (1,25 milyard dollar) dəyərində müqavilə imzalanıb.

Hər gəminin tutumu 15 min TEU olacaq. Konteyner gəmiləri 2028-ci ilin dekabrına qədər sifarişçiyə təhvil veriləcək.

2024-cü ilin əvvəlindən “Hanwha Ocean” 37 gəminin tikintisi üçün ümumi məbləği 7,35 milyard dollar olan sifarişlər alıb ki, bu da bütün 2023-cü il üçün planlaşdırılan məbləğdən  3,5 milyard dollar çoxdur.

“Hanwha Ocean” (keçmiş “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) sifariş həcminə görə dünyanın üçüncü ən böyük gəmiqayırma şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır