Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Çinin ilk dərin dəniz tədqiqat gəmisinin sınaqları başa çatıb

Çinin tədqiqatlar aparmaq üçün ilk çoxfunksiyalı gəmisi “Exploration III”-ün (“Tansuo Sanhao”) dəniz sınaqları başa çatıb.

“Seanews.az” xəbər verir ki,  sınaqdan sonra gəmi inşa edildiyi “Guangzhou Shipbuilding International”-in (“GSI”, Çinin dövlət korporasiyası “CSSC”-yə daxildir) körpüsünə yan alıb.

“Tansuo Sanhao” layihəsi Çinin öz konstruktor bürosunda və öz texnologiyalarından istifadə edilməklə hazırlanmış ilk buz sinifli tədqiqat gəmisidir. Gəmi “CCS” Təsnifat Cəmiyyətinin tələblərinə uyğun tikilib.

Bünövrəsi 2023-cü il iyunun 23-də qoyulan gəminin inşasına 800 milyon yuandan (112,68 milyon dollar) çox vəsait xərclənib.

Uzunluğu təqribən 104 metr, yükgötürmə qabiliyyəti 10 min ton, sürəti 16 düyün olan buzqıranın heyəti 80 nəfərdir. Qeyd olunur ki, gəmi həm ön, həm də arxa tərəfi ilə buzları yarmağa qadirdir.

2025-ci ilin əvvəlində istismara veriləcək gəmi Haynan əyalət hökuməti, Yaçjou Körfəzi Elm və Texnologiya Mərkəzi (Sanya) və Çin Elmlər Akademiyasının Dərin Dəniz Elmi Mühəndisliyi İnstitutunun birgə mülkiyyətində olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır