Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-25,
Seanews
Heyder Eliyev

Cənubi Koreya tərsanəsi afrikalı gəmi sahibi üçün “Suezmax” tankerləri inşa edəcək

Cənubi Koreyanın gəmiqayırma şirkəti “Samsung Heavy Industries” (“SHI”) adı açıqlanmayan afrikalı gəmi sahibi ilə dörd “Suezmax” tankerinin tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, müqavilənin ümumi dəyəri təxminən 390 milyon dollardır (459,3 milyard von).

Gəmilər 2027-ci ilin dekabrına qədər sifarişçiyə təhvil verilməlidir.

“SHI” sözçüsü bildirib ki, bütün dünyada enerji tələbatı artmağa davam edəcək və xam neft və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması üçün uyğun gəmilər tələb olunacaq.

Son sifarişi nəzərə alsaq, “SHI”-nin sifariş kitabçasının ümumi dəyəri artıq 6 milyard dollar olan 29 gəmi təşkil edir ki, bu da şirkətin 9,7 milyard dollarlıq illik hədəfinin 62%-i deməkdir. “Suezmax” tankerlərinə əlavə olaraq Cənubi Koreya şirkəti 22 LNG tankeri, iki VLAC gəmisi və bir  boru tankeri üçün sifarişlər alıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır