Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

Cənubi Koreyanın gəmiqayırma zavodlarında “QatarEnergy”-nin yeni tankerlərinə adqoyma mərasimi keçirilib

Qətərin enerji şirkəti “QatarEnergy” və Cənubi Koreyanın gəmiqayırma şirkətləri “Samsung Heavy Industries” (“SHI”) və “Hanwha Ocean” (keçmiş “DSME”) Qətərin gəmiqayırma proqramı çərçivəsində inşa edilən dörd yeni LNG tankerinə adqoyma mərasimi keçirib.

Seanews.az” xəbər verir ki, “QatarEnergy”-nin mətbuat xidmətinin məlumatında belə deyilir.

İlk adqoyma mərasimi Koje adasındakı “SHI” tərsanəsində baş tutub. “İd'asah” adlandırılan LNG tankerinin sahibi “Global Transportation Group” (“JP Morgan Asset Management”-in törəmə şirkəti) olacaq.

“Hanwha Ocean” tərsanəsində baş tutan mərasimdə isə üç yeni gəmiyə ad qoyulub. “Nuaijah”, “Umm Swayyah” və “Lebrethah” adlandırılan bu gəmilər tezliklə “QatarEnergy”-nin LNG tanker donanmasına qoşulacaq. Gəmilər Cənubi Koreyanın “KGL” konsorsiumunun (“Pan Ocean”, “H-Line Shipping” və “SK Shipping”) üzvlərinə məxsus olacaq.

Mərasimlərdə gəmiqayırma zavodlarının, gəmi sahibi olan şirkətlərin nümayəndələri, dövlət rəsmiləri, həmçinin Qətərin “QatarEnergy” və “QatarEnergy LNG” şirkətlərinin rəhbərləri iştirak ediblər.

Daha əvvəl bildirdiyimiz kimi, “QatarEnergy” öz donanmasını yeniləmək üçün genişmiqyaslı proqram həyata keçirir və bu proqram çərçivəsində onun ümumi donanması 24 “QC-Max” sinifli gəmi də daxil olmaqla 128 ədəd təşkil edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır