Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“Hapag-Lloyd” Çin zavodlarına LNG ilə işləyən 24 konteyner gəmisi sifariş edib

“Hapag-Lloyd” 24 yeni konteyner gəmisi tikmək üçün iki Çin tərsanəsi ilə müqavilə imzalayıb. “Yangzijiang Shipbuilding” qrup tərsanəsində 16,8 min TEU tutumlu 12 gəmi tikiləcək. Eyni sayda, lakin tutumu 9,2 min TEU olan gəmilər isə “New Times Shipbuilding Company” tərsanəsində inşa ediləcək.

“Seanews.az” xəbər verir ki, sifariş edilən yeni gəmilərin ümumi konteyner tutumu 312 min TEU olacaq.

Konteyner gəmiləri mayeləşdirilmiş təbii qazla (LNG) işləmək üçün iki yanacaqlı mühərriklərlə təchiz ediləcək. Biometanla da işləyə biləcək gəmilərin mühərrikləri gələcəkdə ammonyakdan istifadə etməyə hazırlanacaq.

Gəmilər 2027-ci ildən 2029-cu ilə qədər sifarişçiyə təhvil veriləcək.

Müqavilələrin ümumi dəyəri təqribən 4 milyard dollardır və artıq 3 milyard dollar maliyyə vəsaiti ayrılıb. “Hapag-Lloyd AG”-nin baş direktoru Rolf Habben Jansenin qeyd etdiyi kimi, bu investisiyalar şirkətin tarixində ən böyük investisiyalardan biri olacaq.

Hazırda “Hapag-Lloyd”un donanmasına ümumi tutumu 2,2 milyon TEU olan 287 müasir konteyner gəmisi daxildir. Şirkət həmçinin Almaniya bayrağı altında üzən ən böyük gəmi donanmasını idarə edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır