Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“CULines” konteyner gəmiləri satır

Çinin “CULines” gəmiçilik şirkəti yeniləri də daxil olmaqla altı konteyner gəmisini satır.

“Seanews.az” bu barədə ”Splash”-a istinadən xəbər verir.

Satışa 2023-cü ildə tikilmiş 2,3 min TEU tutumlu “CUL Qingdao”, 2024-cü ildə inşa edilmiş 2,4 min TEU tutumlu “CUL Klang”, 2023-cü ildə istismara verilmiş təxminən 2,7 min TEU tutumlu “CUL Hochiminh”, 2023-cü ildə tikilmiş 2,7 min TEU tutumlu “ CUL Shekou”, həmçinin 2011-ci ildə inşa edilmiş 2,8 min TEU tutumlu “CUL Manila” və 2012-ci ildə tikilmiş 2,7 min TEU tutumlu  “CUL Jakarta” gəmiləri çıxarılıb.

“CULines”-in donanmasında 13 gəmi var və onun üçün sifarişi əsasında daha iki gəmi tikilir.

1 iyul 2024-cü il tarixinə “CULines” gəmiçiliyi ən böyük xətlərin reytinqində donanmasının 39,5 min TEU tutumu ilə 38-ci yerdə qərarlaşıb.

Xatırladaq ki, bu ilin iyun ayında “CULines” “Shanghai Waigaoqiao Shipbuilding” zavodundan Tayvan operatoru “Wan Hai Lines” şirkətinə 7 min TEU tutumlu iki konteyner gəmisi satmışdı. “Wan Hai Lines” sövdələşməni 176 milyon və 188 milyon dollar arasında qiymətləndirdi. Gəmilərin təhvil verilməsi bu il üçün nəzərdə tutulmuşdu.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır