Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-11-21,
Seanews
Heyder Eliyev

“DEME” şirkətlər qrupunun yanvar-sentyabr aylarında gəliri artıb

Belçikanın “DEME” şirkətlər qrupunun 2024-cü ilin yanvar-sentyabr aylarında gəliri ötən ilin eyni dövrü ilə müqayisədə 32% artaraq, demək olar ki, 3 milyard avro təşkil edib.

“Seanews.az” xəbər verir ki, artım dəniz külək enerjisi, dərinləşdirmə layihələri və dənizdə infrastruktur tikintisi sahələri hesabına təmin edilib.

Ümumilikdə ilin ilk doqquz ayında qrupun sifariş kitabçası 7,1 milyard avroya çatıb. Bu, ötən ilin eyni dövrü üçün müqavilələrin dəyərindən 9% azdır.

Üç rübün nəticələrindən sonra “DEME”-nin rəhbərliyi bütün 2024-cü il üçün maliyyə proqnozlarını artırıb. Dövriyyə artımı 20%-i keçə bilər. İl üçün əsaslı xərclərin təxminən 300 milyon avro olacağı gözlənilir.

“DEME” şirkətlər qrupu (Belçika) 1991-ci ildə yaradılıb. Onun təsisçiləri “Ackermans & van Haaren”, “CFE” group (Fransa) və Belçikanın “GIMV” dövlət şirkətidir. Şirkət dəniz dibinin dərinləşdirilməsi və süni ərazilərin tikintisi üzrə iri beynəlxalq müqavilələr həyata keçirir. Qrup həmçinin hidrotexnika layihələrini yerinə yetirir, neft-qaz şirkətləri üçün xidmətlər göstərir, dənizdə külək stansiyaları quraşdırır, ekoloji layihələrdə (rekultivasiya və çöküntülərin utilizasiyası) və batmış gəmilərdən su sahələrinin təmizlənməsində iştirak edir. “DEME”-nin donanmasına 100-dən çox ixtisaslaşdırılmış gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır