Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Yeni konteyner gəmiləri LNG ilə işləyə biləcək

“Maersk” ümumi tutumu 300 min TEU olan və iki yanacaqla işləyəcək 20 konteyner gəmisinin tikintisini sifariş verib.

“Seanews.az” “Container News”-a istinadən xəbər verir ki, daşıyıcı Çin və Koreya tərsanələri ilə müqavilələr imzalayıb.

Beləliklə, Çinin “Yangzijiang Shipbuilding” şirkəti iki 9 minlik və altı 17 minlik, Koreyanın “Hanwha Ocean” tərsanəsi isə altı 15 minlik gəmi tikəcək. Digər Çin gəmiqayırma şirkəti “New Times Shipbuilding” 15 min TEU tutumlu altı konteyner gəmisinin tikintisi üçün sifariş alıb.

Bütün konteyner gəmiləri LNG ilə işləyə biləcək.

Gəmilərin 2028-ci ildən 2030-cu ilə qədər mərhələlərlə təhvil verilməsi nəzərdə tutulur.

Həmçinin, hələ avqust ayında “Maersk” ümumi tutumu 500 min TEU olan metanol və LNG ilə işləyən konteyner gəmilərini icarəyə götürməyi planlaşdırırdı. Artıq bir neçə tonaj tədarükçüsü ilə müvafiq sövdələşmələr bağlanıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır