Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Cənubi Koreya “Jeongjo the Great” döyüş gəmisini istismara verib

Cənubi Koreya rəsmi olaraq KDX-III “Batch 2” proqramında 3 esminesdən birincisi olan ROKS “Jeongjo the Great” müasir döyüş gəmisini istismara verib.

Ordu.az xəbər verir ki, ROKS “Jeongjo the Great” 88 ədəd şaquli buraxılış sistemi bölməsinə malikdir.

Esminesin uzunluğu 170 metrdir. Həcminə görə kreyserlə müqayisə oluna bilən gəminin subasımı təxminən 12 000 tondur.
4 qaz turbinli mühərrik və köməkçi hərəkət sistemləri ilə təchiz edilmiş gəmi 30 düyün sürətlə hərəkət edə bilər.

Müasir AN/SPY-1D(V) radarına, “Aegis Baseline 9” döyüş idarəetmə sisteminə malik esmines həm də hərtərəfli müşahidə, raketdən müdafiə və sualtı qayıqlara qarşı mübarizə imkanları ilə fərqlənir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır