Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Litvada Almaniya üçün elmi-tədqiqat gəmisi tikilir

Litvanın Klaypedadakı “Qərb” Gəmiqayırma Zavodunda Almaniya üçün yeni elmi-tədqiqat gəmisinin bünövrəsi qoyulub.

“Seanews.az” “Sputnik Litva”-ya istinadən xəbər verir ki, layihənin sifarişçisi Almaniyanın Federal Ərzaq və Kənd Təsərrüfatı Nazirliyidir və gəmini Tunen İnstitutu istismar edəcək.

Elmi-tədqiqat gəmisinin tikintisi Almaniyada “FR FASSMER GmbH & Co. KG.” şirkəti tərəfindən başa çatdırılacaq.

Gəmi 2027-ci il üçün istismara hazır olacaq.

Göyərtəsinə 40 nəfər götürəcək gəmi dizel yanacağı və elektrik enerjisi ilə işləyəcək, həmçinin metanoldan da yanacaq kimi istifadə edə biləcək. Tədqiqat gəmisi Şimali və Baltik dənizlərində, eləcə də Şimali Atlantik okeanında subtropik en dairədən Qrenlandiyaya qədər tədqiqatlar üçün nəzərdə tutulub.

Gəmidə ondan çox laboratoriya, işçi kranlar, dərin dəniz tədqiqatları üçün xüsusi sistem və digər avadanlıqların quraşdırılması planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır