Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

“Unifeeder” “CMA CGM”-i geridə qoyub

“Unifeeder” tutumunun artmasına görə “CMA CGM”-i keçərək, Avropadaxili konteyner bazarında ikinci ən böyük daşıma şirkətinə çevrilib.

Bu barədə “Seanews.az” “Alphaliner”-in hesabatına istinadən xəbər verir.

“DP World”-ün törəmə şirkəti hazırda Avropadaxili marşrutlarda ümumi tutumu 38 min TEU olan konteyner gəmilərini idarə edir ki, bu da bir il əvvəlkindən 15% çoxdur. “Unifeeder” bu regionda 15,1% bazar payına malikdir. 2023-cü ildə daşıyıcı bazarın 12,8%-nə sahib idi.

“Unifeeder” hazırda Avropadaxili bazarda 40 gəmini istismar edir, keçən il isə 34 konteyner gəmisini idarə edirdi. Gəmilərin orta tutumu 950 TEU-dur.

Cari ilin mart ayında “Unifeeder” Almaniya-Polşa marşrutu üzrə xidmətə başlayıb və daşıma qabiliyyətinə daha 1 min TEU əlavə edib. Şirkət həmçinin Skandinaviya və Şimal-Qərbi Avropa limanları arasında əlavə səfərlər həyata keçirməyə başlayıb.

“CMA CGM”-nin bu bazardakı payı bir il əvvəlki 17,7%-ə qarşı 14,2% təşkil edir. Fransız şirkətinin Şimali Avropa regionunda daşıma qabiliyyəti cəmi bir il ərzində 22,6% və ya 10,4 min TEU azalıb. “CMA CGM” hazırda 30 konteyner gəmisi ilə 14 xəttə xidmət göstərir. Bir il əvvəl isə 20 xidmətdə 42 konteyner gəmisini istismar edirdi.

Qeyd edək ki, “MSC” 22,6% payla Avropadaxili bazarda lider olaraq qalır ki, bu da ötən ilki 25,3% göstəricisindən aşağıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır