Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

240 milyon dollara dünyanın ən böyük kabelçəkən gəmisi inşa olunacaq

Yaponiyanın “Penta-Ocean Construction” (“POC”) şirkəti Sinqapurun gəmi istehsalçısı “PaxOcean” (“Kuok Group”-a daxildir) ilə sualtı kabelçəkən gəminin (“CLV”) tikintisi üçün müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, Yaponiyanın xüsusi iqtisadi zonasında dəniz külək stansiyalarının tikintisi üçün belə bir gəmiyə ehtiyacı var.

Yeni gəmi sifarişçiyə 240,4 milyon dollara başa gələcək. Bu, dünyanın ən böyük sualtı kabelçəkən gəmisi olacaq.

Bildirilir ki, gəmi əlverişsiz hava şəraitində açıq dənizdə 5 min ton ağırlığında kabellərin effektiv quraşdırması üçün zəruri olan iki karusellə təchiz ediləcək. Gəminin xəndəkqazan və dərin dənizdə idarə olunan cihazlarla təchiz edilməsi də planlaşdırılır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır