Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Bolqarıstanda patrul gəmisi vaxtından əvvəl suya salınıb

Varnada “Delfin” gəmiqayırma və gəmi təmiri zavodunda iki çoxfunksiyalı patrul gəmisindən ikincisi vaxtından əvvəl suya buraxılıb. Gəminin suya buraxılması ilkin olaraq 2025-ci ilin aprelinə planlaşdırılmışdı.

“Seanews.az” bu barədə Bolqarıstanın Müdafiə Nazirliyinə istinadən xəbər verir.

4 avqust 2023-cü ildə suya buraxılan birinci patrul gəmisi 2025-ci ilin sonunda, ikincisi isə 2027-ci ilin əvvəlində Bolqarıstan Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Qeyd edək ki, iki çoxfunksiyalı patrul gəmisinin tikintisinə dair müqavilə 2020-ci ilin noyabrında Almaniyanın “Lurssen Werft” gəmiqayırma şirkəti ilə imzalanıb.

90 metr uzunluğunda və 2300 ton yükgötürmə qabiliyyətinə malik yeni gəmilər yer, hava, sualtı və yerüstü hədəflərə qarşı effektiv fəaliyyət göstərən döyüş sisteminə malik olacaq. İki gəminin tikintisinə ölkə büdcəsindən 984 milyon leva (təxminən 492 milyon avro) ayrılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır