Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Çin gəmiqayırma zavodunda altı yeni “QC-Max” LNG tankeri tikiləcək

Qətərin dövlət şirkəti “QatarEnergy” Yaponiya gəmiçilik şirkəti “Mitsui O.S.K Lines” (“MOL”) və Çinin “COSCO Shipping LNG Investment” (Şanxay) (“CSLNG”) birgə müəssisəsi ilə altı “QC-Max” LNG tankerlərinin mülkiyyəti və istismarı üçün taym-çarter müqaviləsi imzalayıb.

“Seanews.az” bildirir ki, bu barədə “QatarEnergy”nin mətbuat xidməti məlumat yayıb.

Çinin “Hudong-Zhonghua Shipbuilding Group” şirkətinin (Çin gəmiqayırma dövlət korporasiyası “CSSC”-nin törəmə müəssisəsi) gəmiqayırma zavodunda altı LNG tankeri tikiləcək.

Bu gəmilər “QatarEnergy”-nin gəmiqayırma proqramı çərçivəsində inşa edilən 128 LNG tanker seriyasının sonuncu gəmiləridir. Buraya 104 şərti tanker və ən yeni “QC-Max” sinifli 24 gəmi daxildir.

“QatarEnergy”-in baş ofisində keçirilən mərasimdə gəmi sahibləri ilə uzunmüddətli taym-çarter müqavilələri imzalanıb. Mərasimdə energetika naziri, “QatarEnergy”-nin prezidenti və baş icraçı direktoru Saad Şerida Al Kaabi, “MOL” və “China COSCO Shipping Corporation”, həmçinin “QatarEnergy” və “QatarEnergy LNG” şirkətlərinin rəhbərləri iştirak ediblər.

“MOL-CSLNG” birgə müəssisəsi artıq 2022-ci ildə “QatarEnergy” ilə yeddi şərti LNG tankeri üçün uzunmüddətli çarter müqavilələri bağlayıb. Bu o deməkdir ki, şirkətin LNG gəmi donanmasının genişləndirilməsi proqramı çərçivəsində artıq 13 uzunmüddətli çarter müqaviləsi var.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır