Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

“DHT” ən köhnə tankerini 43,4 milyon dollara satıb

Donanmanın operatoru “DHT” 2006-cı ildə istehsal olunmuş “VLCC” tankeri “DHT Scandinavia”-nı naməlum alıcıya 43,4 milyon dollara satıb.

“Seanews.az” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.

Gəmi 2025-ci ilin yanvarında yeni sahibinə təhvil veriləcək.

"Satış şirkətin donanmasının orta yaşını azaldacaq və enerji səmərəliyi və ətraf mühitə uyğunluq göstəricilərini yaxşılaşdıracaq", - “DHT”-nin bəyanatında deyilir.

Satışdan sonra şirkətin ən köhnə gəmiləri 2007-ci ildə Cənubi Koreya istehsalı olan üç “VLCC” olacaq.

“DHT”-nin donanması hazırda orta yaşı səkkiz il olan 24 gəmidən ibarətdir. 2026-cı ildə donanma dörd yeni gəmi alacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır