Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

Pakistan 40 ildən sonra ilk ticarət gəmisini inşa edəcək

Pakistan hakimiyyəti 40 ildə ilk kommersiya gəmiqayırma layihəsini həyata keçirməyi planlaşdırdığını açıqlayıb.

Bu barədə “Seanews.az” “Radio Pakistana” istinadən xəbər verir.

Pakistanın dövlətə məxsus “Karaçi” gəmiqayırma zavodu (“Karachi Shipyard”) Pakistan Milli Gəmiçilik Korporasiyası (“PNSC”) üçün 1,1 min TEU tutumlu konteyner gəmisi inşa edəcək.

Müqavilənin dəyəri 24,7 milyon dollar qiymətləndirilir. Pakistan Hərbi Dəniz Qüvvələri gəminin inşasına kömək edəcək.

“24,7 milyon dollarlıq müqavilə Pakistana dünya bazarından aşağı qiymətə gəmilər tikmək imkanı verir. Bundan əlavə, bu, xarici gəmiçilik şirkətlərindən asılılığın azaldılması və Pakistanın iqtisadi cəhətdən özünü təmin etməsi istiqamətində mühüm addımdır”, - deyə nəşr hökumətdən sitat gətirir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır