Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-21,
Seanews
Heyder Eliyev

12 min kubmetr tutumlu LNG bunker gəmisinin tikintisinə dair razılıq əldə edilib

Çin gəmiqayırma şirkəti” Nantong CIMC Sinopacific Offshore & Engineering” (“CIMC SOE”, “CIMC Enric”-in törəməsi) və “Fuzhou Wuyang Rafined Oil Trading” (“Wuyang Tanker”) 12 min kubmetr mayeləşdirilmiş təbii qazın (LNG) daşınması və bunkerləmə üçün tankerin tikintisinə dair niyyət sazişi imzalayıb. 

“Seanews.az” “iMarine”-yə istinadən xəbər verir ki, sənəd daha bir analoji gəminin inşası variantını nəzərdə tutur.

LNG bunker gəmisinin seçilmiş tutumu sahibinə və operatoruna gəmilərin çoxsaylı yanacaq doldurmasını həyata keçirməyə, bu əməliyyatların səmərəliliyini artırmağa, bunker gəmisinin özünün istismarı xərclərini azaltmağa və müştərinin gəmisinin limanda qalma müddətini azaltmağa imkan verəcək.

Gəmi layihə temperaturu 163 dərəcə Selsi olan iki “IMO 2G C” tipli yük anbarları ilə təchiz edilib. Bir anbarın tutumu təxminən 6 min kubmetrdir. Gəmi yüksək manevr qabiliyyəti ilə seçilir.

Qeyd edək ki, təxminən 13 düyün sürətə malik gəminin istismar müddəti 30 il nəzərdə tutulub.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır