Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

Finlandiya yeni buzqıran gəmi inşa etməyi planlaşdırır

Finlandiyanın İqtisadi Siyasət üzrə Nazirlər Komitəsi nəqliyyat agentliyini yeni buzqıran gəminin tikintisi üçün ərizə ilə müraciət etməyə dəvət edib.

“Seanews.az” bu barədə respublika hökumətinin rabitə departamentinə istinadən xəbər verir.

Yeni buzqıran gəminin tikintisi 2026-cı ilin əvvəlində başlaya bilər və bu proses 2028-ci ildə başa çatacaq. Gəmi ölkənin köhnəlmiş buzqıran gəmisini əvəz etmək üçün nəzərdə tutulub. Finlandiyanın hazırda səkkiz buzqıran gəmisi var.

Daha əvvəl xəbər verildiyi kimi, ABŞ, Kanada və Finlandiya Arktika buzqıran gəmilərinin tikintisinə dair memorandum imzalayıblar. Sənəd gəmilərin istehsalını sürətləndirmək üçün bilik, məlumat və resursların mübadiləsini nəzərdə tutur.

ABŞ, Kanada və Finlandiya 2024-cü ilin iyulunda buzqıran gəmilərin inşası, bu gəmilərin milli donanmasının genişləndirilməsi və onların dünya bazarına çıxarılması üzrə əməkdaşlıq haqqında razılıq əldə ediblər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır