Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-22,
Seanews
Heyder Eliyev

Türkiyə ilk dəfə olaraq Avropa İttifaqı və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək

Türkiyənin müdafiə sənayesi şirkətlərindən olan “STM” Portuqaliyaya Logistika Dəstək Gəmisini ixrac etməklə, yeni bir uğura imza atıb.

Ordu.az xəbər verir ki, Portuqaliya Hərbi Dəniz Qüvvələri (HDQ) üçün 2 Logistik Dəstək Gəmisi istehsal olunacaq.

Portuqaliya HDQ-nin elan etdiyi Logistika Dəstək Gəmisi tenderinə qatılan şirkət tenderdə dünyanın aparıcı hərbi dəniz şirkətlərini geridə qoyub.

Portuqaliya HDQ “STM” tərəfindən təmin edilən mühəndis həllinin ən uğurlu olduğuna qərar verib və “STM” layihəni qazanıb.

Dənizdə Təchizat və Logistika Gəmisi Layihəsi (“Auxiliary Oiler Replenisher and Logistics Ship”) çərçivəsində “STM”-in əsas podratçılığı altında Türkiyənin özəl gəmiqayırma zavodunda 2 gəmi layihələndiriləcək və inşa ediləcək.

Beləliklə, Türkiyə ilk dəfə olaraq Avropa İttifaqı və NATO üzvü olan bir ölkəyə hərbi gəmi ixrac edəcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır