Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-30,
Seanews
Heyder Eliyev

İnşası davam edən Ro-Pax tipli bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi tamamlanıb

ASCO-nun sifarişi ilə Bakı Gəmiqayırma Zavodunda inşa olunan Ro-Pax tipli sərnişin, avtomobil və dəmiryolu vaqonları daşıyan bərə-gəminin baş mühərriklərinin quraşdırılması prosesi başa çatıb.

Bundan başqa, gəminin gövdə hissəsi üzrə işlərin 80 faizi tamamlanıb. Gəmi üzrə boru, elektrik, havalandırma və digər sahələrlə bağlı işlər layihə planına uyğun davam edir.

Qeyd edək ki, bu, ASCO-nun sifarişi ilə BGZ-də tikilən sayca üçüncü Ro-Pax tipli gəmidir. Bundan öncə inşa edilərək təhvil verilən eynitipli “Azərbaycan” və “Zərifə Əliyeva” gəmiləri hazırda Orta Dəhliz üzrə yükdaşımaların həyata keçirilməsində uğurla istismar olunur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır