Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

Şanxayın Yanşan limanı Perunun Çankay limanından ilk gəmini qəbul edib

Çinin “COSCO Shipping” korporasiyasının “Xin Shanghai” gəmisi Çankay (Peru) limanından Yangşan (Şanxay) limanına gəlib və bu limanlar arasında ilk rəsmi səfəri həyata keçirib.

Bu barədə “Seanews.az” “Sinxua” agentliyinə istinadən məlumat yayıb.

Limanlar arasında birbaşa səfər 23 gün çəkib.

Perunun Çankay dərin su limanının açılış mərasimi 14 noyabr 2024-cü ildə baş tutub. Liman “COSCO Shipping” şirkətinin Cənubi Amerikada ilk böyük sərmayəsi idi.

Çankay limanı Peru sahillərinin mərkəzi hissəsində (paytaxt Limadan 78 km şimalda) yerləşir. Çankayı Latın Amerikası ilə Şanxay arasında yük axınlarına xidmət etmək üçün mərkəzi limana çevirmək planlaşdırılır. Yanalma körpülərinin uzunluğu 1,5 min metr olan liman dünyanın ən böyük konteyner gəmilərini qəbul edə biləcək: iki yanalma körpüsü konteyner yükləri, ikisi isə müxtəlif yüklər üçün nəzərdə tutulub. Layihəyə əsasən, Çankay limanında ildə 1 milyon TEU konteyner, 6 milyon ton toplu və 160 min Ro-Ro yükləri aşırmaq mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır