Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-25,
Seanews
Heyder Eliyev

“Ha Long” tərsanəsində hidrogen yanacağı ilə işləyən ikinci “CSOV” gəmisi suya salınıb

Vyetnamdakı “Ha Long Shipbuilding” gəmiqayırma zavodunda altı “CSOV” gəmisi seriyasından ikincisinin suya buraxılması mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, külək platformalarının istismara verilməsi və onlara texniki xidmət üçün nəzərdə tutulan gəmilər Niderlandın “Windcat Offshore” şirkətinin sifarişi ilə tikilir. Gəmi layihəsi Belçikanın “CMB.Tech” bürosu tərəfindən sifarişçi ilə birlikdə hazırlanıb.

Gəminin uzunluğu 87 metr, eni 20 metr, tutumu 120 nəfərdir.

Seriyanın bütün gəmilərində əsas yanacaq və elektrik enerjisi kimi hidrogenlə işləyən hibrid hərəkət sistemi olacaq.

Qeyd edək ki, bu seriyanın “Windcat Rotterdam” adlı ilk gəmisi 2024-cü ilin payızında suya buraxılıb.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır