Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2024-12-26,
Seanews
Heyder Eliyev

Çin buz sinifli yük gəmisini sınaqdan keçirib

Çinin Zhejiang əyalətindəki “Taizhou Zhonghang” gəmiqayırma zavodunda inşa edilən buz sinifli “Fan Zhou 8” yük gəmisi sınaqdan uğurla keçib.

“Seanews.az” xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb. 

Beş günlük sınaq 58 min ton yükgötürmə qabiliyyətinə malik gəminin istismara hazır olduğunu təsdiq edib.

Yüksək dənizçilik keyfiyyətinə malik gəmi Qütb Məcəlləsinin tələblərinə cavab verir və kiçik sürüşən buz təbəqələri arasında hərəkət edə bilər. Uzunluğu 256 metr, eni 51 metr olan gəminin maksimal sürəti 15 düyündən çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır