Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-03,
Seanews
Heyder Eliyev

“Dearsan” Türkiyə HDQ üçün 5 yeni gəmi tikəcək

Türkiyə müdafiə sənayesi dənizdəki gücünü artırmağa davam edir.

Ordu.az xəbər verir ki, türkiyəli iş adamı Əziz Yıldırıma məxsus “Dearsan” Gəmiqayırma Zavodu Türkiyə Hərbi Dəniz Qüvvələri üçün “Hisar” sinifli 4 patrul gəmisi və 1 ədəd yeni nəsil mina ovlama gəmisi inşa edəcək.

Yeni mina ovlama gəmisi sualtı və suüstü əməliyyatlarda kritik əhəmiyyətə malik olacaq.
İnsansız suüstü və sualtı platformalarla təchiz olunacaq gəmi mina təmizləmə əməliyyatlarının daha effektiv və təhlükəsiz aparılmasına şərait yaradacaq.

“Hisar” sinfinə məxsus patrul gəmiləri üstün performansları ilə diqqət çəkir. Qabaqcıl mühəndislik və yerli istehsal texnologiyalarının məhsulu olan bu gəmilər uzun mənzilli əməliyyatlardan sahil təhlükəsizliyi missiyalarına qədər bir çox sahədə istifadə edilə bilər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır