Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

Şimali Koreya böyük döyüş gəmisi inşa edib

Şimali Koreya bu günə qədər ölkədə inşa edilmiş və ən böyüyü olduğu iddia edilən hərbi gəmi layihəsini açıqlayıb.

Ordu.az xəbər verir ki, müasir freqat və ya böyük korvetə bənzəyən gəmi şaquli buraxılış sistemi (VLS), mərhələli radar kimi təkmil xüsusiyyətlərə malikdir və Şimali Koreyanın dəniz imkanlarında əhəmiyyətli bir sıçrayışa işarə edir. 

Gəmi Kim Çen In tərəfindən Taedonq çayının mənsəbindəki “Nampho” gəmiqayırma zavodunda yoxlanılıb.

Şimali Koreya mediasında hərbi gəminin müxtəlif inşa mərhələlərini əks etdirən fotolar da verilib.

Mütəxəssislər uzunluğu 100 metrdən çox olan yeni gəminin  Şimali Koreyanın əvvəlki ən böyük döyüş gəmiləri “Amnok” və “Tuman” sinfinə məxsus korvetlərin ölçüsünü üstələdiyini bildirirlər.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır