Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-09,
Seanews
Heyder Eliyev

“Balkan” zavodunda 6,1 min ton yükgötürmə qabiliyyətinə malik quru yük gəmisinin bünövrəsi qoyulub

6 yanvar 2025-ci il tarixində Türkmənistanın "Balkan" gəmiqayırma və gəmi təmiri zavodunda Cənubi Koreyanın “Koryo Shipbuilding Industry Technology” (KSIT) şirkətinin iştirakı ilə tikilən 6,1 min ton yükgötürmə qabiliyyətinə malik iki quru yük gəmisindən birincisinin bünövrəsi qoyulub.

“Seanews.az” xəbər verir ki, bu barədə gəmiqayırma müəssisəsinin mətbuat xidməti məlumat yayıb.

Mərasimdə “Balkan” zavodunun rəhbərliyi və “KSIT”-in prezidenti Çoi Yonq Vuk iştirak edib.

Daha əvvəl xəbər verdiyimiz kimi, 2023-cü ilin sentyabrında “Balkan” və “KSIT” 6100 ton yükgötürmə qabiliyyətinə malik iki quru yük gəmisinin birgə tikintisinə dair müqavilə imzalayıb. 2024-cü ilin aprelində Cənubi Koreya şirkəti lazımi layihə sənədlərini Türkmənistan müəssisəsinə təhvil verib. Eyni zamanda bildirilib ki, Koreya gəmiqayırma texnologiyalarının Türkmənistan tərəfinə ötürülməsi zavodun imkanlarını genişləndirəcək və ildə 5-ə qədər gəmi inşa etməyə imkan verəcək, həmçinin Türkmənistanda yeni gəmiqayırma standartlarını müəyyənləşdirəcək.

Qeyd edək ki, “Balkan” gəmiqayırma və gəmi təmiri zavodu Türkmənbaşı beynəlxalq dəniz limanında yerləşir. Müəssisə ildə 10 min ton polad emal etmək və ildə 20-30-a qədər gəmi təmir etmək gücündədir.

“Koryo Shipbuilding Industry Technology” müxtəlif tipli və ölçülü gəmilərin layihələndirilməsi, tikintisi və təmiri üzrə ixtisaslaşmışdır. Koreya Respublikasının Busan şəhərində yerləşən şirkətin iki gəmiqayırma zavodu var: “Pusan ​​Shipyard” və “Changwon Shipyard”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır