Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-16,
Seanews
Heyder Eliyev

Cənubi Koreyada ərzaq məhsulları daşıyan 4 tankerə ad verilməsi mərasimi keçirilib

Cənubi Koreyanın “Daehan Shipbuilding” gəmiqayırma zavodunda “European Maritime Finance” (“EMF”) investisiya şirkəti üçün inşa edilən dörd LR2 tankerinə ad verilməsi mərasimi keçirilib. Ölçülərinə görə “Aframax” və “Suezmax” gəmilərinə yaxın bu tankerlərin dedveyti 115 min tondur.

“Seanews.az” xəbər verir ki,ərzaq məhsulları daşıyan yeni gəmilər (zavod nömrələri: 5090, 5091, 5092 və 5093)  dənizlərdə “Stavanger Star”, “Oslo Star”, “Copenhagen Star” və “Athenian Star” adları ilə üzəcək.

Qeyd edək ki, “European Maritime Finance” şirkəti 2014-cü ildə yaradılıb. Ərzaq məhsulları daşıyan tankerlər, avtomobil daşıyıcıları (PCTC), mayeləşdirilmiş neft qazı (LPG) və ammonyak tankerləri (VLAC) daxil olmaqla, müxtəlif gəmilərin tikintisinə sərmayə qoyur. Müəyyən edilmiş seqmentlərin 20 gəmisindən ibarət donanmaya malikdir. Şirkətin baş ofisi Danimarkanın Kopenhagen şəhərində yerləşir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır