Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-24,
Seanews
Heyder Eliyev

“MOL Group” quru yük donanmasındakı gəmilərinin sayını 338-ə çatdıracaq

Yaponiyanın gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines” (“MOL”) 20 yanvar 2025-ci ildə İsveçrənin “Gearbulk Holding”-nin səhmlərinin 72%-nin alınması ilə bağlı bütün əməliyyatları başa çatdırıb.

“Seanews.az” bu barədə Yaponiya şirkətinin mətbuat xidmətinə istinadən məlumat verir.

Konsolidasiyadan sonra “MOL Group”-un quru yük donanması 338 gəmidən ibarət olacaq ki, bu da onu bu seqmentdə dünyanın ən iri şirkətlərindən birinə çevirəcək.

Qeyd edək ki, açıq anbarlı balkerlərin də daxil olduğu donanmaya sahib “Swiss Gearbulk Holding” 2014-cü ildə təsis edilib.

Beynəlxalq gəmiçilik şirkəti “Mitsui O.S.K. Lines”-in əməliyyat donanmasına ümumi dedveyti 50 milyon tondan çox olan müxtəlif tipli təxminən 700 gəmi daxildir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır