Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-01-30,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean” son dörd ildə ilk dəfə ili gəlirlə başa vurub

Gəmi istehsalçısı “Hanwha Ocean”-ın (keçmiş “DSME”) 2024-cü il üçün əməliyyat gəliri 237,9 milyard von (təxminən 166,5 milyon dollar) təşkil edib.

“Seanews.az” xəbər verir ki, bu, şirkətin 2020-ci ildən bəri ilk gəlirli ilidir.

“Hanwha Ocean”-ın 2024-cü ildə satış həcmi əvvəlki ilə nisbətən 45,5% artaraq təxminən 11 trilyon von (təxminən 7,7 milyard dollar), xalis gəliri 3,3 dəfə artaraq 52,51 milyard von (36,7 milyon dollar) olub. 2024-cü ilin dördüncü rübü üçün şirkətin EBIT-i 169 milyard von (118,3 milyon dollar) təşkil edib.

“Hanwha Ocean”ın rəhbərliyi bildirib ki, gəlirlər iş günlərinin sayının artması və əsasən texniki cəhətdən mürəkkəb və müvafiq olaraq daha bahalı layihələrin həyata keçirilməsi hesabına artıb. Bu, kommersiya, xüsusi və dəniz gəmiləri də daxil olmaqla, bütün seqmentlərdə əhəmiyyətli gəlir əldə etməyə imkan verib.

Cənubi Koreyanın kimya və müdafiə sənayesi şirkətləri qrupu “Hanwha Group”-a daxil olan “Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding & Marine Engineering”, “DSME”) şirkəti hazırda sifarişlərin həcminə görə dünyanın üçüncü ən böyük gəmi istehsalçısıdır.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır