Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-04,
Seanews
Heyder Eliyev

Yeni LNG avtomobil daşıyıcısı Çin-Aralıq dənizi marşrutunda ilk səfərə çıxıb

Çinin mayeləşdirilmiş təbii qazla (LNG) işləyən yeni iki yanacaqlı avtomobil daşıyıcısı (PCTC) Şanxay limanındakı Haitong terminalından ilk səfərinə çıxıb. Gəmi Çin-Aralıq dənizi marşrutu ilə Avropaya ixrac edilən yeni avtomobilləri daşıyır. Göyərtəsinə 7000 avtomobil götürə bilən gəmi ilk səfərində təyinat limanına 4300 avtomobil çatdıracaq.

“Seanews.az” xəbər veriri ki, bu barədə gəmini idarə edəcək “Anhui Hangrui International Car Carriers” (“AICC”) gəmiçilik şirkəti məlumat yayıb.

“AICC Huanghu” adlı gəminin layihəsi Çin avtomobil istehsalçıları “Chery New Energy Automobile Technology” və “JAC Motors”-un dəstəyi ilə Şanxay Gəmiqayırma və Gəmiçilik Elmi - Tədqiqat İnstitutu (“SDARI”, “CSSC”-ə daxildir) tərəfindən hazırlanmışdır. “Wuhu” gəmiqayırma zavodunda inşa edilən gəmidə metan emissiyalarını 50% və istixana qazı  tullantılarını isə 28% azaldan texnologiya tətbiq olunub.

Qeyd edək ki, “Anhui Hangrui International Car Carriers” şirkəti yaşıl avtomobil logistikasını inkişaf etdirmək üçün yaradılmış “Anhui Provincial Port & Shipping Group”, “Chery” və “JAC Motors” şirkətlərinin birgə müəssisədir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır