“MOL” yelkənli çoxməqsədli gəmini istismara qəbul edib
Yaponiyanın “Mitsui O.S.K. Lines” (“MOL”) xətti gəmiçilik şirkəti çoxməqsədli “Prima Verde” gəmisini istismara qəbul edib. Gəminin təhvil-təslim mərasimi “Onomichi Dockyard” tərsanəsində baş tutub.
“Seanews.az” “MOL”-a istinadən xəbər verir ki, “Daishin Shipping” şirkətinə məxsus yeni gəmi “MOL Drybulk” tərəfindən idarə olunacaq.
Qeyd edilir ki, uzunluğu 129,66 metr, eni 23,6 metr, dedveyti 17,611 ton olan “Prima Verde” gəmisi bir neçə innovativ ekoloji həllərin tətbiqi ilə seçilir.
Gövdəsi xüsusi “JgreeX” (“Green Steel”) poladdan olan gəminin mühərriki Yaponiyanın “Japan Engine Corporation” şirkəti tərəfindən “MGO” ilə işləmək üçün hazırlanıb. İstismar zamanı yanacaq sərfiyyatını və zərərli tullantıları azaltmaq üçün isə gəmi Niderlandın “Econowind” şirkətinin iki “VentoFoil” sərt yelkəni ilə təchiz edilib.