Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-06,
Seanews
Heyder Eliyev

2025-ci ilin ilk ayında daha çox LNG ilə işləyən gəmilər sifariş edilib

2025-ci ilin yanvar ayında alternativ yanacaqdan istifadə etməklə yeni gəmilərin inşası üçün 12 sifariş verilib. Sifariş edilən bütün gəmilər mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.

“Seanews.az” bu barədə “DNV Alternative Fuels Insight” (“AF”I) rəqəmsal platformasına istinadən məlumat verir.

Hesabat ayı ərzində verilmiş bütün sifarişlər konteyner gəmiləri seqmentinə aiddir.

“DNV Maritime”-nin direktoru Jason Stefanatosin sözlərinə görə, əvvəlki rekord illə müqayisədə 2025-ci ilin yanvarında yeni sifarişlərin sayı azalıb.

Hazırda istismarda və tikilməkdə olan alternativ yanacaq gəmilərinin ümumi sayı (LNG tankerləri istisna olmaqla) 2000-dən çoxdur.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır