Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

“TUI Cruises” “Fincantieri” tərsanəsində tikilən iki ekoloji təmiz kruiz gəmisindən birincisini təhvil alıb

“TUI Cruises” kruiz operatoru (“TUI Group” və “Royal Caribbean Cruises” şirkətlərinin birgə müəssisə) “Fincantieri” tərsanəsində tikilən iki ekoloji təmiz laynerdən birincisini təhvil alıb.

“Seanews.az” xəbər verir ki, gəmilərin mühərrikləri mayeləşdirilmiş təbii qaz (LNG) və dəniz qazoylu (MGO) ilə işləyə biləcək.

İlk layner “Mein Schiff Relax” adlandırılıb. Təxminən 160 000 ton yükgötürmə qabiliyyətinə malik “InTUItion” sinifli gəmi “TUI Cruises” şirkətinin yeni ekoloji cəhətdən təmiz kruiz donanmasının flaqmanı olacaq. Gələcəkdə o, LNG ilə yanaşı, bio və ya sintetik metandan da istifadə edə biləcək. Layner həmçinin limanda olarkən sahil elektrik şəbəkəsindən enerji almaq imkanına malikdir.

Hazırda “Fincantieri” tərsanəsində inşası sürətləndirilən seriyanın “Mein Schiff Relax” adlı ikinci gəmisi 2026-cı ilin ortalarında sifarişçiyə təhvil veriləcək.

Qeyd edək ki, laynerlərin, bərələrin, dəniz gəmilərinin və meqayaxtaların tikintisi üzrə ixtisaslaşan “Fincantieri” dünyanın ən böyük gəmiqayırma qruplarından biridir. 18 gəmiqayırma zavodunu birləşdirən qrupun tərsanələrində indiyədək 7 mindən çox gəmi inşa edilmişdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır