Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-20,
Seanews
Heyder Eliyev

Saya oturan “MSC Baltic III” gəmisinin heyət üzvləri helikopterlə təxliyə edilib

“MSC Baltic III” Kanada sahillərində, Nyufaundlend və Labrador adaları körfəzinin girişindən təxminən 12 mil aralıda saya oturub.

“Seanews.az” xəbər verir ki, konteyner gəmisinin bütün 20 heyət üzvü Kanada Sahil Mühafizəsi helikopteri ilə təhlükəsiz yerə təxliyə edilib.

“Henry Larsen” buzqıran gəmisi də xilasetmə əməliyyatına kömək etməyə cəlb edilib. Ərazidə küləyin sürəti 120 km/saatı ötür, dalğaların hündürlüyü isə 6 metə çatır.

Qeyd edək ki, “MSC Baltic III” konteyner gəmisi 2003-cü ildə inşa edilib. Liberiya bayrağı altında üzən gəminin uzunluğu 207,3 metr, eni  29,8 metrdir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır