“Evergreen Marine Corporation” hər birinin tutumu 24 000 TEU olan 11 konteyner gəmisinin tikintisini sifariş verib
Tayvanın “Evergreen Marine Corporation” xətti gəmiçilik şirkəti hər birinin tutumu 24 000 TEU olan 11 konteyner gəmisinin tikintisini sifariş verib. İki yanacaqlı mühərrikləri olan gəmilər mayeləşdirilmiş təbii qazla (LNG) işləyəcək.
“Seanews.az" xəbər verir ki, iki gəmiqayırma zavodu: Cənubi Koreyanın “Hanwha Ocean” və Çinin “Guangzhou Shipyard International” (“GSI”, dövlətə məxsus “CSSC”-nin bir hissəsi) ilə müqavilələr imzalanıb. Birincisi altı, ikincisi isə beş konteyner gəmisi inşa edəcək. “Hanwha Ocean” ilə müqavilə Tayvan daşıyıcısına təxminən 1,77 milyard dollar və ya hər gəmi üçün 265-295 milyon dollara başa gələcək. “GSI” gəmiləri ümumilikdə təxminən 1,4 milyard dollara tikəcək (hər gəmi üçün həmin eyni qiymət).
Gəmilərin sifarişçiyə təhvil verilməsi 2028-ci ilə planlaşdırılır. Bu, “Evergreen”-in donanmasının daşıma qabiliyyətinə 264 000 TEU əlavə edəcək.
Dünyanın beşinci ən böyük dəniz konteyner daşıyıcısı olan “Evergreen Marine Group”-un əsası 1975-ci ildə qoyulub. Xidmət şəbəkəsi 80 ölkəni əhatə edən şirkətin donanmasına hazırda 160 konteyner gəmisi daxildir.