Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-24,
Seanews
Heyder Eliyev

“Balkan”da Cənubi Koreya mütəxəssislərinin köməyi ilə quru yük gəmiləri inşa edilir

Türkmənistan Cənubi Koreya mütəxəssislərinin köməyi ilə müasir quru yük gəmiləri inşa edir. İki gəminin inşası layihəsini “Balkan” gəmiqayırma zavodu Cənubi Koreyanın “Koryo Shipbuilding Industry Technology Co Ltd.” şirkəti ilə birgə həyata keçirir.

“Seanews.az”  “Vestiabad”-a istinadən xəbər verir ki, Türkmənbaşıda yerləşən zavod beynəlxalq standartlara cavab verən gəmilər inşa etmək üçün müasir avadanlıqlarla təchiz olunub.

Hazırda istehsalat sexlərində metalların mexaniki emalı, bölmələrin yığılması və qaynaqlanması, avadanlıqların quraşdırılması, həmçinin gövdənin paslanmaya qarşı mühafizəsi həyata keçirilir. Cənubi Koreyalı tərəfdaşlar gəmiqayırma və mühəndislik texnologiyaları sahəsində təcrübələrini türkmən mütəxəssislərinə ötürürlər.

Qeyd edək ki, hər bir gəminin yükgötürmə qabiliyyəti 6100 ton olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır