Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

Almaniya üçün yeni tədqiqat buzqıran gəmisi layihələndiriləcək

“Elomatic Maritime Technologies” və “ThyssenKrupp Marine Systems” Almaniya üçün yeni tədqiqat buzqıran gəmisinin layihələndirilməsi ilə bağlı müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, tədqiqat gəmisi texniki cəhətdən mürəkkəb gəmilər tikmək təcrübəsi olan Vismardakı tərsanədə inşa ediləcək.

Müqavilə çərçivəsində “Elomatic” texniki layihəni hazırlayacaq və gəminin tikintisi zamanı məsləhətlərini əsirgəməyəcək.

Son 43 il ərzində Almaniyanın yeganə tədqiqat buzqıran gəmisi olan, Arktikada və Antarktidada üzən “Polarstern” 1982-ci ildə istismara verilib və 2027-ci ilə qədər etibarlı təsnifata malikdir.

2024-cü ilin dekabrında məlum oldu ki, Almaniyanın yeni tədqiqat buzqıran gəmisini Alfred Vegener adına Qütb və Dəniz Tədqiqatları İnstitutu ilə müqavilə bağlamış “ThyssenKrupp Marine Systems” şirkəti inşa edəcək.

1,185 milyard avroya başa gələcək buzqıran gəmi “Polarstern II” adlandırılacaq və 2030-cu ildə sifarişçiyə təhvil veriləcək.

Uzunluğu təxminən 160 metr, eni 27 metrdən çox olacaq yeni gəmini ildə 300 gündən çox istismar etmək mümkün olacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır