Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-02-28,
Seanews
Heyder Eliyev

İkinci “NewMax” bərəsi gələn ilin yanvarında “Stena Line”-nin donanmasına qoşulacaq

“China Merchants Jinling Shipyard” gəmiqayırma zavodunda “NewMax” seriyasından hibrid mühərrikli ikinci gəmi-bərə suya salınıb.

“Seanews.az” xəbər verir ki, bu barədə sifarişçi - İsveçin “Stena Line” bərə operatorunun mətbuat xidməti məlumat yayıb.

“Stena Connecta” adlı bərə suya buraxıldıqdan sonra gəmidə tamamlama və  təchizat işləri görüləcək.

Seriyanın “Stena Futura” adlı ilk gəmisinin kili keçən ilin iyulunda Çin tərsanəsində qoyulub. Onun 2025-ci ilin payızında sifarişçiyə təhvil verilməsi gözlənilir. “Stena Connecta” isə gələn ilin yanvarında “Stena Line”-nin donanmasına qoşulacaq. Hər iki bərə İrlandiya dənizində Belfast - Heysham marşrutuna xidmət edəcək. Gəmiqayırma proqramı Şimali İrlandiya və Böyük Britaniya arasında sərnişin və yükdaşıma xidmətlərinə artan tələbata cavab olaraq işə salınıb.

“NewMax” seriyalı bərələr gəmi  yanacağı kimi metanoldan istifadə edəcək. Onlar həmçinin akkumulyatorlarla işləyə və yanalma zamanı sahildəki elektrik şəbəkələrindən enerji ala biləcəklər. Bundan əlavə, “Stena Connecta” rotor yelkənləri ilə təchiz olunacaq.

Qeyd edək ki, qərargahı İsveçin Göteborq şəhərində yerləşən “Stena Line” 1962-ci ildə yaradılıb və hazırda Avropanın ən böyük bərə şirkətlərindən biridir. Onun donanması Şimali Avropa və Aralıq dənizində 20 marşruta xidmət göstərən və ildə 33 000-dən çox səfər həyata keçirən 40 gəmidən ibarətdir. Şirkət ailəyə məxsusdur və “Stena AB Grup”-una daxildir.  Qrupun illik dövriyyəsi təxminən 19 milyard SEK təşkil edir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır