Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-23,
Seanews
Heyder Eliyev

Saya oturan “Meghna Princess” gəmisi 3 ay ərzində Ust-Luqa limanının akvatoriyasından çıxarılmalıdır

Finlandiya körfəzinin Koporskaya sularında saya oturan “Meghna Princess” (Banqladeş bayraqlı) balkerin sahibi üç ay ərzində əmlakını akvatoriyadan çıxarmalıdır.

“Seanews.az” xəbər verir ki, müvafiq əmri dəniz limanının kapitanı İqor Zolotıx imzalayıb.

Qəza hadisəsi 2024-cü il dekabrın 29-da gəminin Böyük Sankt-Peterburq limanından Ust-Luqa dəniz limanına keçidi zamanı baş verib. Gəmi sahibi “Sonargaon Seed Crush Miles”, liman agenti isə “Unitek Marine Agency” MMC-dir.

Uzunluğu 199,98 metr, eni 32,26 metr, hündürlüyü 19 metr  olan “Meghna Princess” gəmisinin göyərtəsində 30 min tondan çox mineral gübrə var. Gəmidəki neft məhsullarının miqdarı və növü də bəllidir: HFO yanacağı - 1240 ton, MDO yanacağı - 142 ton.

Gəminin çıxarılması üçün sənədlər əmrin verildiyi tarixdən iki aydan gec olmayaraq təsdiq üçün liman kapitanına təqdim edilməlidir. Sənəddə həmçinin qeyd olunur ki, “batmış əmlakın bərpasına dair sənədlərin təqdim edilməməsinə və bərpasının müəyyən edilmiş müddətdə həyata keçirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur”.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır