Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

Koreya gəmisi Berinq boğazında konteynerlərini itirib

Berinq boğazında fırtına zamanı Koreya bayraqlı “SM Portland” gəmisindən 115 konteyner dənizə düşüb.

“Seanews.az” “Splash24/7”-ə istinadən xəbər verir ki, 2009-cu ildə inşa edilmiş “SM Line” xətti gəmiçilik şirkətinə məxsus 4228 TEU-luq konteynerdaşıyan gəmi fevralın 27-də Busandan Vankuverə yola düşüb. Fırtınalı şəraitdə güclü zərbə yükün bir hissəsinin itirilməsi ilə nəticələnib.

Konteyner gəmisi hazırda Kanadaya gedir və orada zədələrə görə yoxlanılacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır