Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-11,
Seanews
Heyder Eliyev

 “FKAB Marine Design” şirkətinin layihələndirdiyi kimyəvi tankerlər paslanmayan poladdan hazırlanmış çənlərlə təchiz olunub

Almaniyanın “John T. Essberger” gəmiçilik şirkəti Çinə məxsus “Nantong Rainbow Offshore & Engineering Equipment Co”-da əlavə iki 13 000 dwt-li kimyəvi tanker tikmək imkanından istifadə edib. 2024-cü ilin sentyabrında imzalanmış müqaviləyə uyğun sifariş edilən gəmilərin ümumi sayı dördə çatdırılıb və daha ikisi üçün seçim imkanı var.

“Seanews.az” xəbər verir ki, İsveçin “FKAB Marine Design” şirkəti tərəfindən layihələndirilən kimyəvi tankerlər paslanmayan poladdan hazırlanmış çənlərlə təchiz olunub və buz sinfi “1A” və “Tier III” emissiya standartlarına uyğundur. Onlar həmçinin innovativ mühərriklərlə təchiz edilib və metanoldan istifadə üçün hazırdır. Uzunluğu 132 metr, eni 21,8 metr, suya oturumu 8,5 metr olan gəmilərin sürəti 12,5 dəniz milidir.

İlk kimyəvi tanker 2027-ci ilin aprelində təhvil veriləcək və bütün seriya 2028-ci ilin ortalarında tamamlanacaq. Tikinti “Rainbow” tərsanəsinin qapalı dokunda aparılacaq.

Qeyd edək ki, yeni gəmilər “E&S Tankers”-in donanmasına (2020-ci ildə yaradılmış “Essberger Tankers” və “Stolt Tankers” şirkətlərinin birgə müəssisəsi) qoşulacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır