Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-12,
Seanews
Heyder Eliyev

“Seaspan Shipyards” 2025-ci ilin aprelində buzqıran gəmisinin tikintisinə başlayacaq

“Seaspan Shipyards” şirkəti Kanada Sahil Mühafizəsi üçün yeni ağır qütb buzqıran gəmisinin tikintisi ilə bağlı müqavilə imzalayıb.

“Seanews.az” xəbər verir ki, buzqıran gəmi Kanadanın “Seaspan Vancouver Shipyards” tərsanəsində tikiləcək.

Genişmiqyaslı tikinti Kanadanın Milli Gəmiqayırma Strategiyası çərçivəsində həyata keçiriləcək. Bildirilir ki, Kanadada son 60 ildən artıq müddətdə ilk dəfə olaraq çoxməqsədli qütb buzqıran gəmisi inşa ediləcək.

Uzunluğu 158 metr, eni 28 metr, yükgötürmə qabiliyyəti 26 036 ton olacaq gəmidə elmi laboratoriyalar, hovuz və helikopter meydançası və sair yerləşəcək.

Gəminin tikintisinə 2025-ci ilin aprelində start veriləcək.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır