Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-14,
Seanews
Heyder Eliyev

“Hanwha Ocean Shipyard”da "Nakilat”ın sifarişi ilə səkkiz yeni qaz daşıyıcısı tikiləcək 

Cənubi Koreyanın Geoje adasındakı “Hanwha Ocean Shipyard” Zavodunda “Qatar Gas Transport Company” şirkətinin (“Nakilat”) sifarişi ilə səkkiz yeni qaz daşıyıcısının tikintisi üçün 2025-ci il martın 12-də metal kəsmə mərasimi keçirilib.

“Seanews.az” xəbər verir ki, bu barədə “Nakilat”ın mətbuat xidməti məlumat yayıb.

174 min kubmetr tutumlu tankerlər “QatarEnergy”-nin marağı naminə  LNG-nin dəniz daşınması üçün nəzərdə tutulub. Onlar “Nakilat”-a məxsus olacaq və uzunmüddətli taym-çarter müqaviləsi əsasında “QatarEnergy”-nin filiallarına icarəyə veriləcək. 2024-cü ilin fevral ayında “QatarEnergy” və “Nakilat” 25 LNG daşıyıcısının icarəsi və istismarı üçün müqavilələr bağlayıb.

Hazırda “Qatar Gas Transport Company” (“Nakilat”, qərargahı Dohada, Qətər) ümumi tutumu 9 milyon kubmetrdən çox olan 69 tankerdən ibarət LNG donanmasını idarə edir ki, bu da dünya LNG tanker donanmasının təxminən 12%-ni təşkil edir.

Qeyd edək ki, “Hanwha Ocean” (əvvəllər “Daewoo Shipbuilding & Marine Engineering”) Cənubi Koreyanın LNG daşıyıcıları, dəniz platformaları və dəniz gəmiləri sahəsində ixtisaslaşmış böyük gəmiqayırma şirkətidir.

“QatarEnergy” (Doha, Qatar) 2030-cu ilə qədər LNG istehsal gücünü 142 milyon tona çatdırmaq üçün proqram həyata keçirən dövlət enerji şirkətidir.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır