Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-03-14,
Seanews
Heyder Eliyev

Braziliyanın Hərbi Dəniz Qüvvələri üçün yeni növ patrul gəmiləri tikiləcək

Braziliya Hərbi Dəniz Qüvvələrinin Dəniz Sistemləri Layihə Mərkəzi 500 tonluq dəniz patrul gəmisi (NPa500MB) üçün əsas mühəndislik planını dəniz layihələrinə cavabdeh olan dövlət şirkəti “Emgepron”-a təhvil verib.

“Seanews.az” xəbər verir ki, bu, 11 dəniz patrul gəmisinin (OPV) tikintisini nəzərdə tutan proqramın  bir hissəsidir. Yeni növ patrul gəmiləri eksklüziv iqtisadi zonanın monitorinqi və mühafizəsi, axtarış-xilasetmə əməliyyatlarının aparılması və qeyri-qanuni fəaliyyətlə mübarizə üçün nəzərdə tutulub.

Braziliya tərsanələrində tikiləcək gəmilərin ilkin büdcəsi 250 milyon real (təxminən 42,5 milyon ABŞ dolları) təşkil edəcək.

Gəminin uzunluğu 58,9 metr, eni 9 metr, suya oturumu 2,5 metr və yükgötürmə qabiliyyəti 564 tondur. Gövdəsi poladdan və üst quruluşu alüminiumdan olan gəmi maksimum 21,7 düyün sürətlə hərəkət edir.  

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır