Çin Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa olunan ikinci sualtı qayığı suya buraxıb
“China Shipbuilding və Offshore International Company Ltd” (“CSOC”) tərəfindən Pakistan Hərbi Dəniz Qüvvələri üçün inşa edilən dörd “Hangor” sinifli sualtı qayıqdan ikincisi Uhanda suya buraxılıb.
“Seanews.az” bu barədə “Associated Press of Pakistan”-a istinadən xəbər verir.
Pakistan hökuməti 2015-ci ildə “CSOC” ilə səkkiz “Hangor” sinifli sualtı qayıq tikmək üçün müqavilə imzalayıb. 5 milyard dollarlıq müqavilə dörd sualtı qayığın Çində, qalanlarının texnologiya transferi proqramı çərçivəsində Pakistanın “Karachi Shipyard &; Engineering Works Ltd” gəmiqayırma zavodunda inşa edilməsini nəzərdə tutur. Pakistan zavodunda hazırda iki sualtı qayıq tikilir. 2024-cü ilin aprelində Çin Pakistan Hərbi Dəniz Qüvvələri üçün nəzərdə tutulan dörd sualtı qayıqdan birincisini suya buraxıb.
Qeyd edək ki, “Hangor” sinifli sualtı qayıqlar Çinin üçüncü nəsil “Type-039A/041 Yuan” dizel-elektrik sualtı qayıqlarının ixrac versiyasıdır.