Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

MSC Çin zavoduna dörd konteyner gəmisinin tikintisinə dair sifariş verib

İsveçrənin “Mediterranean Shipping” (“MSC”) xətti gəmiçilik şirkəti Çinin “Zhoushan Changhong International Shipyard” zavoduna  mayeləşdirilmiş təbii qazla (LNG) işləyə biləcək 21,7 min TEU (“Megamax”) tutumlu dörd iki yanacaqlı konteyner gəmisinin tikintisini sifariş verib.

“Seanews.az” xəbər verir ki, müqavilədə dörd əlavə oxşar gəminin tikintisi üçün seçim imkanı da nəzərdə tutulub.

Gəmi istehsalçısı rəsmiləri sifarişi təsdiqləyərək bunun Zhejiang əyalətində ən böyük yeni gəmi tikinti layihəsi olduğunu bildiriblər.

Bundan əvvəl, 2023-cü ildə “MSC” eyni gəmiqayırma zavodu ilə 11,5 min və 10,3 min TEU tutumlu 10 konteyner gəmisinin tikintisi üçün müqavilələr imzalayıb. 2024-cü ilin avqust ayında hər birinin tutumu 19 000 TEU olan 12 LNG tankeri üçün sifarişlər yerinə yetirilib.

“MSC”-nin istismarda olan konteyner gəmiləri donanmasının ümumi tutumu təxminən 6,4 milyon TEU təşkil edir ki, bu da dünya donanmasının 20%-ni təşkil edir. Şirkətin hazırkı sifariş portfeli isə 130 gəmini keçir. Ən son sifarişlər “MSC”-nin donanmasının daşıma imkanını yaxın illərdə təxminən 2,15 milyon TEU artıracaq.

Qeyd edək ki, “Mediterranean Shipping Company” (“MSC”) gəmiçilik şirkəti 1970-ci ildə Çjanluidji Aponte tərəfindən təsis edilib və hələ də Aponte ailəsinə məxsusdur. 850 gəmidən ibarət donanmaya sahib şirkətin gəmiləri 520 beynəlxalq limana səfər edərək 300 marşruta xidmət göstərir.

“Seanews.az” 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır