Gəmiçilik sahəsində baş verən ən son hadisələrdən anında xəbərdar olmaq üçün bizi izləyin

OK

X

  • Bakı, 2025-04-02,
Seanews
Heyder Eliyev

“ClassNK” təsnifat cəmiyyəti böyük ammonyak tankerinin layihəsini bəyənib

Yaponiyanın “ClassNK” təsnifat cəmiyyəti böyük ammonyak tankerinin layihəsini bəyənib.

“Seanews.az” xəbər verir ki, sertifikatın alınması layihənin normativ tələblər və istismar zamanı təhlükəsizliyə uyğunluq baxımından mümkün olması deməkdir.

Tankerin layihəsi “Mitsui O.S.K Lines” (“MOL”) gəmiçilik şirkəti, “Namura Shipbuilding” və “Mitsubishi Shipbuilding” gəmi tikintisi zavodları tərəfindən hazırlanıb. Tanker böyük həcmdə ammonyakın daşınması üçün nəzərdə tutulub. Bu halda, gəminin özü də ammonyakdan yanacaq kimi istifadə edəcək.

Yeni tankerin VLGC ölçülü qaz və VLAC ölçülü ammonyak daşıyıcılarından daha böyük ölçüdə iri yük çənləri ilə təchiz edilməsi planlaşdırılır. “ClassNK” hesab edir ki, ammonyakdan gələcəkdə yanacaq kimi daha geniş istifadə olunacaq və yanan zaman CO2 buraxmadığı üçün elektrik stansiyalarında ona tələbat artacaq.


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır